AZ

Ədalət Muradov özünə müşavir təyin etdi

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru Ədalət Muradov Nobel Mükafatı Laureatı, professor Muhammad Yunusu UNEC Rektorunun müşaviri təyin edib.
 
AzEdu.az xəbər verir ki, bu barədə Ədalət Muradov rəsmi feybuk səhifəsində paylaşım edib. 
 
Paylaşımda deyilir:
 
"Professor Muhammad Yunus UNEC Rektorunun sosial biznes məsələləri üzrə müşaviri kimi UNEC missiyasına töhvə vermək istəyini bildirir. Müraciətini nəzərə alaraq Nobel Mükafatı Laureatı, professor Muhammad Yunusu bu gün UNEC Rektorunun müşaviri təyin etdim. UNEC-ə göstərdiyi etimad və dəstəyə görə Nobel Mükafatı Laureatı, professor Muhammad Yunusa öz adımdan və UNEC kollektivi adından təşəkkür edirəm".
Seçilən
38
12
Mənbələr
Şərh ()
Bağla