AZ

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bərdə, 29 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə Bərdə şəhərində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında dövlət-özəl əməkdaşlığına dair regional forum keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov, Dövlət Məşğulluq Agentliyi (DMA), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) kimi dövlət qurumlarının rəsmiləri, həmçinin işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq fəaliyyətində olan özəl sektor nümayəndələri iştirak edirlər.

Tədbir iştirakçıları əvvəlcə peşə liseyinin fəaliyyəti ilə tanış olublar. Forumda Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində işəgötürənlərlə peşə təhsili sistemi arasında əməkdaşlıq imkanları müzakirə ediləcək.

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla