AZ

"Neftçi" ilə oyunları xatırlayan gürcüstanlı mütəxəssis nəyə təəssüfləndi?

“Qəbələ”nin çalışdırıcısı Kaxaber Tsxadadze Sportinfo.az-a açıqlama verib.

O, ilk olaraq Premyer Liqanın 28-ci turunda qarşılaşacaqları “Neftçi” ilə matç barədə qısaca danışıb:

“Neftçi" "Neftçi"dir. "Neftçi" Azərbaycan futbolunun əfsanəsidir. Başqa əlavə edəcəyim nəsə yoxdur”.

Gürcüstanlı mütəxəssis "İnter"də( İndiki “Şamaxı”) çalışdığınız zaman "Neftçi" ilə matçlara xüsusi hazırlaşırdınız. Qarşılaşmalar da çox gərgin keçirdi. “Neftçi”yə qarşı eyni motivasiya sizdə yenə qalıbmı” sualına isə belə cavab verib:

“Həmin vaxtlar biz ilk üçlük uğurunda mübarizə aparırdıq. Ona görə də həmin prinsipiallıq vardı. Amma indi təəssüf ki, liqada qalmaq üçün mübarizə aparırıq. Bu həyatdır. Burada hər şey ola bilər”.

XANOĞLAN

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla