AZ

Millət vəkili bu qurumun ləğv edilməsini TƏKLİF ETDİ: "Onsuz da bir iş görmürlər"

“Heç bir bələdiyyənin sosial müəssisəsi, idman komandası, peşə məktəbi yoxdur”.


Sfera.az verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.

 

“24 ildir,  Azərbaycanda bələdiyyə var, lakin bu məsələləri həll edə bilməmişik. Çünki bələdiyyənin pulu yoxdur. Əhali sayı prinsipi ilə nə etsən də, o fəaliyyət göstərə bilməyəcək. Bələdiyyə müxtəlif işlərlə özünü maliyyələşdirməlidir. Büdcəsində pul olmayan bələdiyyələr fəaliyyət göstərməməlidir, onsuz da iş görə bilmirlər”. 

 

Millət vəkili qeyd edib ki, son zamanlar uşaq cinayətləri artıb:


“Buna səbəb onların məktəb mühitindən ayrılması, ailənin nəzarətinin məhdud olması, idmanla məşğul ola bilməməsidir. O, sadəcə cinayətə yönələ bilir. Əsas təşəbbüsü isə bələdiyyə öz üzərinə götürməlidir. Bütün xarici ölkələrdə bu belədir. İndiki prinsiplərlə bələdiyyələri inkişaf etdirə bilməyəcəyik”. 

 


Firuzə Əliyeva 
 

Seçilən
69
38
Mənbələr
Şərh ()
Bağla