AZ

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Hüquqşünas

Bakı, 29 fevral, AZƏRTAC

“Məhkəmələr və hakimlər haqqında” Qanuna təklif edilən dəyişikliklər üçüncü oxunuşda təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı qanun layihəsi Milli Məclisin martın 29-da keçirilən plenar iclasında müzakirəyə çıxarılıb.

Qanun layihəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 126-cı maddəsinin birinci hissəsinə uyğun olaraq seçkilərdə iştirak etmək hüququna malik, ali hüquq təhsilli, hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan Respublikası vətəndaşları hakim ola biləcəklər.

Bundan əlavə, layihəyə, həmçinin təklif olunur ki, məhkəmə statistikasının aparılması, məhkəmələrdə kargüzarlığın təşkil edilməsi, hakimlərin əmək və sosial hüquqlarının təmini, məhkəmələrdə icra və əmək intizamına riayət edilməsi üçün tədbirlər görmək, birinci və apellyasiya instansiyası məhkəmələrində bu sahələr üzrə işin təşkili vəziyyətini yoxlamaq, həmçinin birinci instansiya məhkəmələrində sədr və sədr müavini vəzifələri vakant olduqda onların vəzifələrinin icrasını müvəqqəti olaraq həmin məhkəmənin hakimlərindən birinə həvalə etmək, birinci instansiya məhkəmələrinin hakimlərini onların razılığı ilə digər məhkəməyə ezam etmək, onlara məzuniyyət vermək, həmin məhkəmələrin aparatlarının strukturunu və ştat cədvəlini təsdiqləməklə bağlı hüquqlar Məhkəmə-Hüquq Şurasına aid edilir.

Qanun layihəsi üçüncü oxunuşda səsverməyə çıxarılaraq qəbul olunub.

AZƏRTAC-0-

Seçilən
25
Mənbələr
Şərh ()
Bağla