AZ

Portuqaliya, İspaniya ilə bir qrupda olmaq istəməzdik - Yığmamızın baş məşqçisi

Bakı. Trend:

Bizi çox maraqlı Avropa çempionatı gözləyir. Bütün millilərinheyəti güclənib.

Trend İdman.biz-əistinadən xəbər verir ki, bunu minifutbol üzrə Azərbaycanmillisinin baş məşqçisi Elşad Quliyev deyib.

Təcrübəli mütəxəssis aprelin 4-də atılacaq AVRO-2024-ün püşkünəmünasibət bildirib.

Onun sözlərinə görə, ikinci səbətdə çox güclü rəqiblər yeralıb:

“Qrupdan çıxmaq üçün daha münasib rəqiblərin düşməsini istərdik.İlk hədəf budur. İkinci səbətdə olan millilər çox güclüdür.Portuqaliya, İspaniya isə 3-4-cü səbətlərdə yer alır. Onlarla birqrupda olmaq istəməzdik”.

Avropa çempionu qitə çempionatında əsas hədəflərini dəaçıqlayıb:

“Azərbaycan Minifutbol Liqası çox yaxşı keçir. Çempionatın beləuzun davam etməsi də müsbət haldır. Futbolçular hər həftəoynayırlar və formada qalırlar. Bu bizim üçün böyük üstünlükdür.Aprelin sonu mayın əvvəlində bizi Monteneqroda beynəlxalq turnirgözləyir. Orada taktiki və texniki cəhətdən işləyib,çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. Son Avropa çempionuolduğumuza görə ən azı final oynamaq istəyirik. Planlarımızı onunüzərində qurmuşuq”.

Qeyd edək ki, Avropa çempionatı iyunun 1-9-da Bosniya vəHerseqovinada keçiriləcək. Yığmamız püşkatmada 1-ci səbətdə yeralıb.

Seçilən
19
1
Mənbələr
Şərh ()
Bağla