AZ

"Sabah"ın legioneri: "Hədəfimiz dəyişməz olaraq qalır" (MÜSAHİBƏ)

"Sabah"ın Cesse Sekidika "FutbolPress"ə müsahibəsi.

- Milli komandanın oyunlarına görə yaranan qısa fasiləni necə dəyərləndirdiniz?
- Fasilə yaxşı keçdi. İstirahət etmək üçün bir neçə günümüz oldu. Bunu dəyərləndirdik.

- Yeni baş məşqçiniz Krunoslav Renduliçlə söhbətiniz oldumu?
- Bəli, bir neçə dəfə danışdıq. Hədəflərimiz, planlarımız haqda söhbətimiz oldu. Fərdi olaraq da danışdıq. Bəzi mövqedə hərəkətlərim haqda müsbət müzakirələr apardıq.

- Adınız Türkiyə klubları ilə hallanır...
- "Sabah"da xoşbəxtəm. Buradayam və tək düşündüyüm komandama kömək etməkdir.

- Turnir cədvəlində ikinci pillədəsiniz. Hədəf avrokuboklara vəsiqə, ya sırf gümüş medallardır?
- Hədəfimiz dəyişməz olaraq qalır. Minimum avrokuboklar, maksimum gümüş medalçı olmaqdır. Asan olmayacaq, amma hər oyunda qələbə qazanmalıyıq. İrəli getmək üçün yaxşı keyfiyyətimiz var.

- Növbəti rəqib "Zirə" olacaq və avrokubok mübarizəsində əsas rəqiblərinizdəndirlər...
- "Zirə" yaxşı komandadır. Oyunun mahiyyətini dərk edirik və bilirik ki, asan olmayacaq. Rəqib son oyunda qələbə qazanıb və bizimlə matça inamlı çıxacaqlar. Görüşü səbirsizliklə gözləyirik.

Şahin Cəfərov
Seçilən
54
Mənbələr
Şərh ()
Bağla