AZ

İdrak Camalbəylinin nəşinin gətirilməsi üçün işlər görülür

"Ukraynada vəfat edən jurnalist İdrak Camalbəylinin Azərbaycana gətirilməsi üçün hazırlıq işləri görülür".

Bakupost.az xəbər verir ki, bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Ukrayna Ali Rada sədrinin müşaviri Hikmət Cavadov məlumat verib:

“İdrak Camalbəylinin nəşinin Bakıya aparılması ilə bağlı prosedur üçün lazımi sənədlər toplanır. Xüsusi ritual şirkətin vasitəsilə Moldova üzərindən gətiriləcək. Biz Ukraynada qəhrəmancasına həlak olan azərbaycanlılar üçün vida mərasimi təşkil edirik. Çətin şəraitdə hərbi reportyor olmaq asan deyil. Buna görə də İdrak Camalbəyli üçün vida mərasimi təşkil edəcəyik. Onun əziz xatirəsini yad etmək üçün mərasimin rəsmi qaydada, qarovulun müşayiəti ilə keçirilməsinə çalışacağıq. Bizdə olan məlumata görə, Masazırda dəfn olunması üçün danışıqlar aparılır. Dəqiq məlumat Bakıda bilinəcək”, - deyə Hikmət Cavadov bildirib.
Seçilən
77
12
Mənbələr
Şərh ()
Bağla