AZ

Taksi qiymətlərində kəskin artım olacaqmı?

“Taksi fəaliyyətində qiymətlərin kəskin artırılması ilə bağlı deyilənlər həqiqəti əks etdirmir”.

Bunu Valyuta.az-a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov deyib. O, hazırda taksi fəaliyyətində qiymət artımı müşahidə edilmədiyini vurğulayıb:

“Amma qiymət artımı ilə bağlı sui-istifadə hallarına kimlərsə yol verəcək. Yəni, kimlərsə istəsə qiyməti artıracaq. Amma bu o demək deyil ki, qiymətlər taksi fəaliyyətində bir neçə dəfə artacaq. Yaxud da bu günə kimi taksidən istifadə edən vətəndaşlar taksilərdən sitifadə edə bilməyəcək”.

Aslan Əsədovun fikirincə, hər hansı bir nəqliyyat vasitələrinin bu və ya digər formada fəaliyyətdən kənarlaşdırılacağı ilə bağlı məlumatlar da yalnışdır. 

Aylin

Seçilən
80
Mənbələr
Şərh ()
Bağla