AZ

2 ayda Azərbaycan bankları 210 milyon manata yaxın xalis mənfəət əldə ediblər

2024-cü ilin yanvar – fevral aylarında banklar 209.8 mln. manat xalis mənfəət, 298.3 mln. manat məbləğində əməliyyat mənfəəti əldə etmişlər.

Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın aylıq Bülletenində bildirilir.

Cari ilin 2 ayında banklar tərəfindən ümumilikdə 48.1 mln. manat məbləğində mənfəət
vergisi ödənilmişdir.

Fəaliyyətdə olan bankların cəmi aktivləri 48,735.7 mln. manat, cəmi öhdəlikləri 42,548.4 mln. manat, balans kapitalı 6 187.3 mln. manat olub.

Seçilən
144
50
Mənbələr
Şərh ()
Bağla