AZ

“Qarabağ”a bu gün çempionluq kuboku veriləcəkmi?

Bu gün “Qarabağ” Misli premyer-liqasının 28-ci turunda “Kəpəz”lə qarşılaşacaq. Oyun “köhlən atlar”ın çempionluğu təmin etməsi ehtimalına görə əhəmiyyətlidi.

Belədə maraq doğuran məsələ Ağdam təmsilçisinin rəsmi mükafatlandırma mərasiminin bu gün keçirilib-keçirilməyəcəyidi. Bununla bağlı PFL-in media və marketinq direktoru Sənan Abdullayevə müraciət etdik. Qurum rəsmisi “Football-plus.az”a belə dedi:

“Qarabağ” bu gün çempion olsa belə, PFL tərəfindən hansısa mərasimin keçirilməsi nəzərdə tutulmayıb. Qızıl medallar və kubok 35-ci turda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Turan Tovuz”la matçdan sonra komandaya təqdim olunacaq. Mərasim də həmin gün baş tutacaq”.

KƏNAN BAHADIR
Seçilən
64
Mənbələr
Şərh ()
Bağla