AZ

Alimentin minimum məbləği 345 manata qaldırıla bilərmi? - AÇIQLAMA

Alimentin minimum məbləği 345 manata qaldırıla bilərmi? - AÇIQLAMA

Azərbaycanda alimentin minimum məbləği 235 manat təşkil edir. Alimentin məbləği minimum əməkhaqqına (345 manat) qaldırıla bilərmi?

Məsələ ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu Sonxeber.az-a açıqlama verib
.
O bildirib ki, alimentin minimum məbləği artırılması o qədər də məsləhət deyil:

"Azərbaycanda alimentin minimum məbləği artırılması o qədər də məsləhət deyil. Çünki, hazırda boşananlar arasında xeyli sayda aztəminatlı şəxslər də var. Boşanan şəxsin imkanı alimenti minumum əmək haqaqına qədər artırmasına imkanı olduğu halda məbləğ artırıla bilər. Amma hazırda belə bir imkan yoxdur. Bu biraz ciddi məsələdir. alimentin ödəyən şəxslərin əksəriyyətinin həyat şəraiti yaxşı deyil. Hər kəsin alimentini ödəmə imkanı olmur. Boşanan şəxslərin bəziləri, hətta bir çoxu işsizidir. Eyni zamanda alimentin yüksək olması bəzi qadınların ailə qurub və daha sonra ərkən boşanma planları nəzərdə tuta bilərlər. Onlar fikirləşə bilər ki, ailə qurub bir uşaq dünyaya gətirsəm, sonra boşansam minimum əməkhaqqı ala bilərəm. Təbii ki, bu bəzi qadınlar üçün keçərlidir. Ona görə də bu məsələ ilə bağlı indiki zamanda araşdırılmadan dəqiq məlumat vermək düzgün deyil".

Qeyd edək ki, son olaraq Azərbaycanda alimentin minimum məbləği 2024-cü ilin yanvarın 1-də artırılıb.

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla