AZ

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Bakı. Trend:

Səhiyyə Nazirliyi “İşğaldan azad olunmuş ərazilərə BöyükQayıdış” Proqramı çərçivəsində vətəndaşlar arasında sağlam həyattərzinin təşviqi və fiziki aktivliyin təbliği ilə bağlı tədbirləridavam etdirir. Tədbirlər zamanı nazirliyin qurumları tərəfindənqeyd edilən ərazilərdə yaşayan əhalinin müxtəlif istiqamətlərdətibbi müayinələri aparılır, həkim məsləhətləri verilir vəsağlamlığın təşviqi istiqamətində maarifləndirici aksiyalarkeçirilir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, nazirliyintəşkilatçılığı ilə keçirilən növbəti belə tədbir bu gün Laçınşəhərində baş tutub.

Aksiya zamanı Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-TədqiqatPediatriya İnstitutunun ixtisaslaşdırılmış həkim heyəti, o cümlədənpediatrlar, nevroloq və uşaq cərrahı məktəbli və azyaşlı uşaqlarınkompleks tibbi müayinələrini aparıblar. Müayinələr zamanısəhhətində problem aşkarlanan məktəbli və azyaşlı uşaqlar üçünyerində tibbi məsləhətlər verilib, profilaktik baxış keçirilib vəmüvafiq müalicələr təyin edilib.

Tədbir zamanı yüzə yaxın uşaq həkimlər tərəfindən ümumimüayinədən keçib. Müayinələrdən sonra valideynlər üçünmaarifləndirici tədbir təşkil edilib. Tədbirdə institutun həkimlərimövsümi xəstəliklər və respirator virus infeksiyaları, həmçininuşaqlarda qəbizliyin yaranması mövzularında təqdimatlarla çıxışediblər. Qripin simptomları, profilaktikası, hansı xəstəliklərinqripə bənzər əlamətlərə səbəb olduğu, uşaqlarda respirator virusxəstəliyi və müalicəsi, eyni zamanda körpələrdə qəbizliyinsəbəbləri barədə ətraflı məlumat verilib.

Bundan əlavə, yoluxucu xəstəliklərin immunoprofilaktikasıməqsədilə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən AzərbaycanRespublikasının Milli peyvənd təqviminə uyğun olaraq, körpələrinvaxtında vaksinasiyadan keçməsinin vacibliyi vurğulanıb. Bundanəlavə, valideynlərə övladlarının hərtərəfli inkişafı üçün erkənyaşlardan sağlam həyat tərzi seçməyi, hər gün fiziki aktiv olmağıvə sağlam qidalanmanın vacibliyi barədə tövsiyələr verilib. Sondavalideynləri maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən işğaldan azad olunandigər ərazilərdə də davamlı olaraq tibbi müayinələrin vəmaarifləndirici tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Səhiyyə
Səhiyyə
Səhiyyə
Səhiyyə
Məqalədə:
Seçilən
80
17
Mənbələr
Şərh ()
Bağla