AZ

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Moskvada

Moskva, 29 mart, AZƏRTAC

Martın 29-da Rusiyanın paytaxtı Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanı iclasda Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edir. Tədbir Rusiya Hökuməti sədrinin müavini Aleksey Overçukun sədrliyi ilə keçirilir.

Ermənistan bu dəfə də iclasa nümayəndə heyəti göndərməyib. Ermənistanı artıq ikinci dəfədir ki, ölkənin Belarusdakı səfiri Razmik Xumaryan təmsil edir.

Tədbir geniş tərkibdə iclasla davam edəcək. Daha sonra isə Beynəlxalq Iqtisadi Forum keçiriləcək.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
83
2
Mənbələr
Şərh ()
Bağla