AZ

Xəstə səhhətində heç bir ağırlaşma qeydə alınmadan Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub

27.03.2024-cü il tarixində saat 23:54 radələrində Respulika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə bədbəxt hadisənin baş verməsi səbəbilə çağırış daxil olub.
 
Mərkəzdən Aztibb.az-a verilən xəbərə görə, hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib.
 
Ünvana gedən təcili tibbi yardım briqadası tərəfindən xəstəyə qapalı kəllə-beyin travması, üzün və bədənin travması diaqnozu qoyulub. Xəstəyə hospitalizasiyaya qədər zəruri tibbi yardım göstərilib.
 
Təcili tibbi yardım briqadasının vaxtında və düzgün aparılan yardımı nəticəsində xəstənin səhhətində heç bir ağırlaşma qeydə alınmadan Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Seçilən
77
Mənbələr
Şərh ()
Bağla