Bakıda ticarət mərkəzindən oğurluq etməkdə təqsirləndirilən Azad Seyidovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Şəfa Dadaşovanın sədrliyi ilə araşdırılacaq. Məhkəmənin hazırlıq iclası aprelin 8-də keçiriləcək.
Qeyd edək ki, Azad Seyidov Qaradağ rayon ərazisindəki ticarət mərkəzində mağazaların birindən 4500 manat dəyərində yataq dəstləri oğurlamaqda təqsirləndirilir. O, Qaradağ RPİ 10-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən olunaraq saxlanılıb. Azad Seyidova qarşı Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsimilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə