AZ

Ötən ay xanımından boşanan müğənnidən romantik addım

Fevral ayında boşanan müğənni Elçin Cəfərov romantik paylaşımları ilə diqqət çəkib.

Publika.az xəbər verir ki, sənətçi bir xanımla bulvarda çəkilən fotonu paylaşaraq sevgi etirafı edib. Müğənni adını çəkmədiyi xanım üçün çox darıxdığını söyləyib.

Sözügedən paylaşımı təqdim edirik:

Mən təsəvvürümə gətirə bilməzdim heç…
Yəni bu qədərmi sevər..!
İnan nə hiss etdiyimi sözlərlə ifadə edə bilmirəm.
Mən də onu sevirəm, bəlkə daha çox…
Amma mən hisslərimi ifadə edə bilmirəm.
Çünki o istək məndə çox dərinliklərdədir. Onun üçün çox darıxıram. Elə indi gedəcəyəm, ürəyimdə nə varsa hamısını ona deyəcəyəm. Axı o mənim hər şeyimdir, ürəyimdir mənim. Gedəcəyəm.

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla