AZ

“Müharibə və postmüharibə dönəmində terrorla üzləşməməyimizə səbəb onların peşəkarlığıdır”

Vahid Əhmədov: “Buna görə xüsusi xidmət orqanlarımıza, hüquq-mühafizə orqanlarımıza minnətdarıq”

"Bu mükəmməl təhlükəsizlik sistemini formalaşdıran isə Prezidentimizdir"

“Ötən  həftə  Rusiyanın  Moskva  vilayətinin  Krasnoqorsk  şəhərində  baş  vermiş  dəhşətli  terror  aktı  bütün  dünyanı  dərindən  sarsıtdı. Baş  verən  hücum  nəticəsində  130 -dan  artıq  insan  həlak  oldu,180 dən  artıq  insan  yaralandı.  Bu  dəhşətli  faciə  Rusiya  tarixində  baş  verən ən  böyük  terror  aktlarından  biri  kimi  qeydə  alındı. Baş  verən  bu  hadisə  terrorun  çirkin  xislətini  göstərməklə  yanaşı, milli  və  regional  təhlükəsizlik  məsələlərinin  önəmini  bir  daha  ortaya  qoydu”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Vahid Əhmədov bildirib. O, qeyd edib ki,Prezident İlham Əliyevin formalaşdırdığı təhlükəsizlik sistemi Azərbaycana bu cür terror aktlarının, təhdid və təhlükələrinq arşısını vaxtında almağa imkan verir:

“Dövlətin  milli  təhlükəsizliyinin  səviyyəsi  onun  suverenliyinin  qarantıdır. Prezident  İlham  Əliyevin  rəhbərliyi  altında  formalaşdırılan  təhlükəsizlik  sistemi  Azərbaycana  yönəldilən  təxribat  xarakterli  əməllərin  qarşısını  hər  zaman  vaxtında  almaqdadır. Dövlət  Təhlükəsizliyi  Xidməti  və  Xarici  Kəşfiyyat  Xidmətinin  əməkdaşları  çox  yüksək  peşəkarlıq  nümunəsi  göstərərək  milli  təhlükəsizliyin  təmin  olunmasında  həlledici  rol  oynayırlar. Biz  bunun  İkinci  Qarabağ  müharibəsi, eləcə  də  postmüharibə  dövründə  bir  daha  şahidi  olduq. Təsadüfi  deyil  ki, DTX-nın  və  hüquq  mühafizə  orqanlarının  ayıq-sayıqlığı  nəticəsində  qeyd  olunan  dövrlər  ərzində  ölkəmizdə  bir  dəfə  də  olsun  terror  aktı  baş  vermədi. Moskvada  baş  verən  dəhşətli  terror  hücumundan  sonra, ölkəmizdə  sabitliyi  pozmaq  istəyən  qüvvələr  də  aktivlik  göstərməyə  başladı. Lənkəranın  rayon  İcra  Hakimiyyətinin  başçısına, eləcə  də  Azərbaycanın  bəzi  rayonlarında  fərdi  qaydada  ingilis  dili  müəllimi  kimi  fəaliyyət  göstərən  xarici  ölkə  vətəndaşına  qarşı  sui-qəsd  həyata  keçirməyi  hədəfləyən  dəstə  DTX-nın  operativ  tədbirləri  sayəsində  vaxtında  zərərsizləşdirildi.

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla