AZ

"İsrailin Suriyaya hava zərbəsi nəticəsində 42 nəfər həlak olub..."

 
"Bu hücum Əsəd rejiminə və İranyönümlü yaraqlılara məxsus bir neçə obyektə, o cümlədən Hələb hava limanı yaxınlığında yerləşən müdafiə sənayesi zavodlarına yönəlib..."
 
"2024-cü ildən başlayaraq İsrail Suriya ərazisinə 26 dəfə zərbə endirib, nəticədə 79 suriyalı hərbi qulluqçu və dinc sakin həlak olub..."
 
Suriyanın şimalında yerləşən Hələb şəhəri yaxınlığında bir neçə hərbi obyektlərə hava zərbələri və İdlib tərəfdən bununla üst-üstə düşən Suriyanın müxalif döyüş dəstələrinin dronlar hücumu nəticəsində 42 nəfər həlak olub, daha onlarla adam yaralanıb, onlardan bir çoxu ağır vəziyyətdədir.
 
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri məlumat yayıb.
 
Məlumatda deyilir ki, həlak olanlar arasında "Hizbullah"ın altı nəfər döyüşçüsü var. Təsdiq edilməmiş məlumatlara görə, onladan biri bu terrorçu təşkilatın Suriyada yerləşən bölməsinin yüksək rütbəli komandiridir.
 
Suriyada məlumat verilir ki, ölkənin şimal-qərbində İsrailin törətdiyi hücum Əsəd rejiminə və Hələb əyalətinin Nirab və Safir rayonlarında İranyönümlü yaraqlılara məxsus bir neçə obyektə, o cümlədən Hələb hava limanı yaxınlığında yerləşən müdafiə sənayesi zavodlarına yönəlib.
 
Həmçinin bu rayonda elmi-tədqiqat mərkəzinin bir hissəsi hücuma məruz qalıb.
 
Ayrıca olaraq qeyd edilir ki, zərbələr "Hizbullah"ın yaxınlıqda yerləşən silah anbarına yönəlib. Suriya ordusu bəyan edib ki, dövlət və özəl əmlakına zərər vurulub.
 
Suriyanın dövlət KİV-ləri Hələb ətrafında hədəflərə doğru buraxılan raketlər əleyhinə hava hücumundan müdafiə sistemlərinin fəallaşması barədə məlumat verib. 
 
Suriya ordusundakı mənbə Livanın "Əl-Məyaddin" nəşrinə müsahibəsində İsrailin Hələbdə hücumu nəticəsində bir neçə dinc sakinin və əsgərlərin həlak olduğunu ehtiyatla təsdiq edib. O, həmçinin hücum nəticəsində maddi ziyan vurulması barədə məlumat verib.
 
Bu, ötən sutka ərzində Suriyadakı obyektlərə həyata keçirilən ikinci hücumdur. Bundan öncə məlumat verilib ki, İsrail Dəməşqin Səid əl-Zeynəb rayonunda İranyönümlü yaraqlıların strukturuna hücum edib. 
 
Əsəd rejiminə müxalif və Londonda yerləşən Suriya monitorinq mərkəzinin məlumatına görə, 2024-cü ildən başlayaraq İsrail Suriya ərazisinə 26 dəfə zərbə endirib. Onlardan 18-i aviasiya, 8-i yerüstü zərbələr olub. 
 
Hücumlar nəticəsində təxminən 51 hərbi obyekt, o cümlədən silah və döyüş sursatları anbarları, qərargahlar, mərkəzlər və nəqliyyat vasitələri məhv edilib və ya zədələnib.
 
Bu zərbələr nəticəsində həmçinin 79 suriyalı hərbi qulluqçu həlak olub, 21 nəfər yaralanıb. Onlardan 9 nəfəri İran İnqilabı Keşikçiləri Korpusu,12 nəfər Livanın "Hizbullah" təşkilatının üzvləri, 3 iraqlı, 10 nəfəri İranla bağlı əcnəbi yaraqlılar, 36 nəfəri "rejim nümayəndələridir". 
 
Bundan başqa, İsrailin hücumları nəticəsində 9 dinc sakin, o cümlədən bir qadın həlak olub.
Seçilən
123
50
Mənbələr
Şərh ()
Bağla