AZ

"Rusiya “Krokus"dakı terror aktından hərbi təbliğatını gücləndirmək üçün istifadə edir" - BERBOK

“Putinin müharibəsinin qəddarlığının həddi-hüdudu yoxdur”.

Azpost.info xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.

Onun sözlərinə görə, Rusiya hökuməti Moskva yaxınlığındakı “Krokus Siti”də baş vermiş terror aktından özünün hərbi təbliğatını gücləndirmək üçün istifadə edir.

Berbokun fikrincə, Rusiya hərbi təbliğatının məqsədlərindən biri Qərb demokratiyalarını parçalamaq və sabitliyi pozmaqdır.

“Biz bunun baş verməsinə imkan verməməliyik, xüsusən də seçkilər ərəfəsində”, – o deyib.

Azpost.info

Seçilən
135
30
Mənbələr
Şərh ()
Bağla