AZ

Ukraynaya mərmilərin tədarükünə başlanıldı

Çex Respblikasının təşəbbüsü çərçivəsində Ukrayna üçün mərmilərin tədarükünün təşkilinə artıq başlanılıb. 

Redaktor.az Wnp.pl-ə istinadən xəbər verir ki, bunu Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib.

“Onun (Çex təşəbbüsü – red.) artıq maliyyə dəstəyi ilə möhkəm dəstək vədləri alması və daşımaların artıq təşkil olunması o deməkdir ki, biz Ukraynaya Rusiya işğalı ilə mübarizədə köməklik etmək məsuliyyəti yükünü hiss edirik”, - nazir bildirib.

Sikorski həmçinin əlavə edib ki, Polşa Ukrayna üçün sursat almaq üçün Çexiyanın təşəbbüsünə töhfəsini ikiqat artıracaq. Lakin o, konkret məbləğlərin adını çəkməkdən imtina edib və bunu hərbi sirr kimi izah edib.

"Mən konkret məbləğlər haqqında danışmaq səlahiyyətinə malik deyiləm", - deyə nazir bildirib.

Xatırladaq ki, ötən ay Çex Prezidenti Petr Pavel ölkəsinin Avropa İttifaqından kənarda Ukraynaya ötürülə bilən 800 minə yaxın artilleriya mərmisi aşkar etdiyini açıqlamışdı. Lakin onun sözlərinə görə, bunun üçün maliyyə lazımdır.

Bundan sonra bir sıra Qərb ölkələri ukraynalı müdafiəçilərin əsas ehtiyaclarından biri olan sursatın alınmasına pul ayırmağa başlayıb.

Bu yaxınlarda Çex Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, təşəbbüs çərçivəsində Ukraynaya əvvəllər nəzərdə tutulduğu kimi 800 min yox, 1,5 milyon mərmi verilə bilər.

Turan İSMAYIL

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla