AZ

Rusiya kəndlərin qaytarılmasına mane olur? - Kremlin bəyanatının izahı

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib ki, ərazilər, o cümlədən anklavlar məsələsi Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə ikitərəfli komissiya çərçivəsində həll edilməlidir.

“Biz, öz tərəfimizdən, Rusiyanın əlində olan unikal kartoqrafik materiallar və ekspertiza əsasında maksimum dərəcədə köməklik göstərməyə hazırıq. Anoloji prinsiplər Ermənistan və Azərbaycan arasında nəqliyyat kommunikasiyalarının açılmasına da aiddir”, – M.Zaxarova qeyd edib.

Rusiya 4 kəndin qaytarılmasına qarşıdır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Züriyə Qarayeva deyib ki, Zaxarovanın məlum bəyanatı üzərində dayanılacaq qədər ciddi fikir ehtiva etmir:

“Rusiya rəsmisi təbii olaraq, öz ölkəsinin maraqları kontekstində çıxış etməlidir. Moskvanın marağı isə Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsinə dair istənilən prosesdə yer almaqdır.

Yer almaq dedikdə, əlbəttə ki, sabotaj edərək öz prinsiplərinə gedişləri uyğunlaşdırmaqdan söhbət gedir. Bakı isə xüsusən delimitasiya prosesində üçüncü tərəfə ehtiyac duymur. Tərəflərin sayı artdıqca toqquşan maraqlar da artır ki, bu da vəziyyəti çıxmaza salır.

Rusiyanın səmimi niyyəti var idisə, Qazaxın kəndləri işğalda qalarkən müdaxilə edərdi. İşğaldan azad edilmə dönəmində Qazaxla sərhədə qoşunlar yeritməklə əsl məramını ortaya çıxarır. Prezident İlham Əliyevin də bildirdiyi kimi, məsələ ikitərəfli görüşlər çərçivəsində həllini tapacaq”.


Telegram kanalımız
Seçilən
41
Mənbələr
Şərh ()
Bağla