AZ

"Rusiya yenidən Xarkova hücum edərsə, bu, onun üçün fəlakətə çevriləcək" - Sırski

"Rusiya ordusu strateji istiqamətlərdə əhəmiyyətli irəliləyişə nail ola bilmir..."
 
"Bu səhər təcavüzkar Rusiya Ukraynanın energetika obyektlərinə yenidən güclü zərbə endirib, 99 dron və raketlərdən 84-ü məhv edilib..."
 
Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı cəbhədəki vəziyyətdən danışıb və Rusiya üçün "fəlakətli" şəhəri açıqlayıb
 
Cəbhədə vəziyyət çox mürəkkəbdir, lakin Ukrayna ordusu itirdiklərindən daha çox ərazini azad edir.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Aleksandr Sırski "Ukrinform" agentliyinə müsahibəsində bəyan edib.
 
"Heş şübhəsiz, hər ötən gün əsgər və zabitlərimizdən öz gücünü maksimal dərəcədə səfərbər etməyi tələb edir. Lakin biz təkcə müdafiədə dayanmırıq, həm də hər gün müxtəlif istiqamətlərdə özümüz irəliyə gedirik", - o, deyib.
 
Sırski qeyd edib ki, son zamanlar Rusiya şəxsi heyətdə üstünlüyə malik olaraq hücum əməliyyatları həyata keçirir, aviasiya fəallığını gücləndirib və ukraynalı döyüşçülərin mövqelərini dağıdan idarəedilən aviasiya bombalarını tətbiq edir.
 
Buna baxmayaraq Rusiya ordusu strateji istiqamətlərdə əhəmiyyətli irəliləyişə nail ola bilmir, "onun ərazi nailiyyətləri isə taktiki əhəmiyyət kəsb edir".
 
Baş Komandanın sözlərinə görə, belə şəraitdə ukraynalı müdafiəçilər döyüş sursatlarının sayı ilə deyil, sərəncamında olan silahdan ustalıqla istifadə etməklə döyüşməyi öyrənib.
 
"Düşmən geniş cəbhə boyunca hücum əməliyyatlarını davam etdirir, nəyin bahasına olursa-olsun, Donetsk və Luqansk vilayətlərinin sərhədlərinə çıxmağa, bizi Zaporpjye vilayətində Dneprin sol sahilində sıxışdırmağa cəhd göstərir.
 
Cəbhənin müəyyən istiqamətlərində biz artilleriya üzrə vəziyyəti bərabərləşdirməyə nail olmuşuq və bu, dərhal ümumilikdə vəziyyətə təsir edib. 
 
Bizim artilleriyaçılarımız düşmənin sıx olduğu yerlərdə hətta cəbhə xəttindən on kilometrlərlə uzaqda məhv edilməsi üçün yüksək dəqiqli döyüş sursatlarından istifadə edir", - Sırski deyib.
 
Rusiyanın Xarkova hücumunun mümkünlüyü ilə bağlı suala cavabında Sırski qeyd edib ki, düşmənin hücum əməliyyatlarına hazırlaşması barədə istənilən məlumatı görməzdən gəlmək olmaz.
 
Ona görə də biz belə ehtimala cavab vermək üçün bütün adekvat tədbirləri görürük. Bu gün üçün biz ərazi və mövqelərin fortifikasiya qurğuları ilə təminatında böyük kompleks işlər aparır, kompleks maneələr sistemi yaradır, belə hallarda qoşunlarımızın tətbiqinin planlaşdırmasını aparırıq", - Sırski deyib.
 
O, xatırladıb ki, USQ-nin artıq Xarkov vilayətində döyüş əməliyyatları təcrübəsi var.
 
"Biz düşməni "hesablamağa" və Xarkov vilayətinin xeyli hissəsini azad etməyə nail olmuşuq. Məhz o zaman Rusiya cəbəsində böyük uçurum baş verib. Əgər rusiyalılar oraya yenidən hərəkət etsələr, Xarkov onlar üçün fəlakətli şəhərə çevriləcək", - Baş Komandan deyib.
 
Bu ərəfədə Ukrayna prezidenti Vladimir Zelenski CBS telekanalına müsahibəsində bəyan edib ki, USQ Rusiyanın yeni hücumuna hazır deyil. Onun sözlərinə görə, qismən buna Qəzza bölgəsində müharibə gətirib çıxarıb.
 
Bu arada isə səhər tezdən Rusiya yenidən Ukraynanın energetika obyektlərinə güclü zərbə endirib. Rusiya hərbçiləri ölkə ərazisinə müxtəlif növ 99 raket və dronlar buraxıb. Ukraynanın HHM qüvvələri 58 dron və 26 raketi vurub.
 
Zərbə nəticəsində Dnepropetrovsk, Çerkassk, Kirovoqrad və İvanovo-Frankovsk vilayətlərindəki energetika obyektləri zərər çəkib. Lvov vilayətinin iri qaz saxlancı olan Strı şəhərinə hücum səbəbindən Polşa hərbi təyyarələrini havaya qaldırıb.
Seçilən
187
50
Mənbələr
Şərh ()
Bağla