AZ

Hollandiyalı deputat terror aktında Ukraynanı ittiham edib

Avropa Parlamentinin Hollandiyadan olan üzvü Marsel de Qraaf , Rusiyada “Crocus Sity Hall”da baş verən terror aktını Ukraynanın planlaşdırıb və ödədiyini deyib.

O, Twitter səhifəsində (X) yazıb ki, Kiyevin faciədə iştirakını gizlətmək üçün Avropada Çexiya xüsusi xidmət orqanlarının başlatdığı “Rusiya tərəfindən ödənilən təbliğat” haqqında süjet yayılıb.

Avropa Parlamentinin deputatı yazıb ki, Ukrayna tərəfindən planlaşdırılan və pulu ödənilən terror aktı nəticəsində Moskvada 130-dan çox insan həlak olub.

SİA-nın əldə etdiyi məlumata görə, Moskva yaxınlığındakı “Crocus City Hall” konsert zalında törədilən terror aktının daha bir qurbanı dünyasını dəyişib.

Bunu səhiyyə naziri Mixail Muraşko bildirib. Onun sözlərinə görə, o, güllə yaraları ilə xəstəxanaya yerləşdirilib və vəziyyəti son dərəcə ağır olub.

Səhiyyə Nazirliyinin rəhbəri ailəsinə və yaxınlarına başsağlığı verib.

Nazlı

Seçilən
43
Mənbələr
Şərh ()
Bağla