AZ

Planetin ekoloji cəhətdən ən təmiz şəhərləri...

BMT-nin son hesabatında, təcili tədbirlər görülməsə, iqlim dəyişikliyinin bəzi nəticələrinin "sivilizasiya üçün fəlakətli" olacağı bildirilərək, bəşəriyyətə "qırmızı həyəcan siqnalı" barədə xəbərdarlıq edilib. Bəzi ölkələr və şəhərlər elm adamlarının xəbərdarlıqlarına inadla məhəl qoymasalar da, digərləri böhranın aradan qaldırılmasına öz töhfələrini verirlər.

SİA-nın əldə etdiyi məlumata görə, ən son Qlobal İstiqamət Yerlərinin Dayanıqlılığı İndeksi dünyanın hər yerində dayanıqlı, aşağı karbonlu gələcəyə can atan şəhərləri müəyyən edir. Reytinq tərtib edilərkən tullantıların təkrar emalı səviyyəsi, havanın çirklənmə səviyyəsi, velosiped yollarının sayı, ictimai nəqliyyatın ekoloji cəhətdən təmizliyi və hətta ekoloji cəhətdən təmiz kimi sertifikatlaşdırılan mehmanxana nömrələrinin faizi kimi göstəricilər nəzərə alınıb.

...Reytinqdə 2016-cı ildən 2021-ci ilə qədər hər il dünyanın ən ekoloji təmiz şəhəri kimi artıq tanınan İsveçin Göteborq şəhəri başçılıq edir. Məsələn, şəhər elektrik avtomobil sahibləri üçün daha yaxşı şərait yaradır və Göteborqda demək olar ki, bütün ictimai nəqliyyat bərpa olunan enerji mənbələri ilə işləyir. Şəhər birdəfəlik qab-qacaq və plastikdən istifadəyə qarşı da fəal mübarizə aparır.

...Eyni zamanda, analitiklər davamlı inkişaf tempini ən aktiv şəkildə artıran Skandinaviya ölkələrinin reytinqdə üstünlük təşkil etdiyini qeyd ediblər. Beləliklə, Norveçin paytaxtı Oslo təkmilləşdirilmiş strategiya və onun həyata keçirilməsi üzrə işlərə görə 10-cu yerdən ikinci yerə böyük sıçrayış edib. Danimarkanın Kopenhagen şəhəri üçüncü yerdə sabit qalır, Finlandiyanın Helsinki şəhəri isə 12-ci yerdən yüksələrək dördüncü yerdədir.

...Və beləliklə, dünyanın ən ekoloji cəhətdən təmiz 10 şəhəri: 1. Göteborq, İsveç.

2. Oslo, Norveç.

3. Kopenhagen, Danimarka.

4. Helsinki, Finlandiya.

5. Bergen, Norveç.

6. Orhus, Danimarka.

7. Aalborg, Danimarka.

8. Qlazqo, Böyük Britaniya.

9. Bordo, Fransa.

10. Stokholm, İsveç.

Nazlı

Seçilən
646
50
Mənbələr
Şərh ()
Bağla