AZ

DİN Cəbrayılda 20 ədəd tank və piyada əlehinə mina aşkarlayıb

Cəbrayılın Hovuslu kəndində 29 ədəd tank və piyada əlehinə mina aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyinin Bərdə regional qrupundan məlumat verilib. 
 
Bildirilib ki, 3 avtomat, 1 pulemyot, 1 qumbaraatan və digər sursatlar aşkar edərək aidiyyəti üzrə təhvil verilib. 
 

Son 1 həftə ərzində işğaldan azad olunmuş ərazilərdə 5 tank əleyhinə mina, 1 piyada əleyhinə mina, 725 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
 
2023-cü il ümumilikdə Qarabağda 129 min 831 hektar ərazi minalardan təmizlənib. 
 
2020-ci il Vətən Müharibəsindən sonra 350 nəfər mina qurbanı olub. 
 
Azərbaycan hazırda dünyada minalardan əziyyət çəkən ilk 10 ölkə arasında yer alıb. 
 
Hazırda Qarabağda minaların təmizlənməsinə 4 özəl şirkət də cəlb olunub. Bundan əlavə, ANAMA ilə birgə Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti də ərazilərin təmizlənməsində iştirak edir.
 
Gülnar Nazimqızı 


www.anews.az
Seçilən
63
1
Mənbələr
Şərh ()
Bağla