AZ

Gürcüstanda Qərb-Şimal qarşıdurması – BİZİM ŞƏRH

Gürcüstanda “Xarici təsirin şəffaflığı barədə” qanunun müzakirə edilməsinə vətəndaşların etirazı ilə qarşılandı.

Çoxları bu qanun layihəsini Rusiyanın təsiri altında olan hakim istebleşmentin ölkəni Şimala sürükləməsi kimi qəbul edir.

Dünən Gürcüstanın baş naziri İrakli Kobaxidze Tbilisidə hökumət administrasiyasının binasında ABŞ, Aİ və Böyük Britaniyanın səfirləri ilə görüşdə hökumətin “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin açıq müzakirəsinə tam hazır olduğunu bir daha təsdiqləyib.

Lakin bu müzakirələr insanların küçəyə çıxmasına və qanun layihəsinin müzakirəsinin dayandırılması tələbi ilə aksiya keçirməsinə əngəl olmayıb.

Gürcüstan Prezidenti Salome Zurabişvili “Xarici təsirin şəffaflığı barədə” qanunun müzakirə edilməsinə etiraz edən Tbilisi sakinlərinə dəstək verdiyini bəyan edib.

Saloma Zurabişvili öz sosial şəbəkə hesablarında yazıb ki, xüsusi təyinatlılar su şırnaqları və qaz tapancaları ilə Tbilisidə vətəndaş cəmiyyətinin “Rusiya qanunlarına” qarşı keçirilən kütləvi dinc nümayişini hədəfə alıblar.

Prüezident bu qanun layihəsini birmənalı Rusiyanın təsiri ilə müzakirəyə çıxarıldığına eyham vurub: “Gürcüstan yenidən sovetləşməyə imkan verməyəcək!”.

Müşahidələr göstərir ki, artıq tərəflər öz mövqelərini açıq şəkildə ortaya qoyub. Bu qarşıdurmanı Gürcüstanda Qərb-Şimal toqquşması kimi də şərh edənlər var.

İndi əsas sual proseslərin bu templə davam etməsi Gürcüstanda ikinci “məxməri inqilab” nəticələnib-nəticələnməyəcəyidir.

Görünən odur ki, tərəflərdən heç biri mövqeyindən çəkilmək istəmir.

Herbiand.az

Seçilən
64
50
Mənbələr
Şərh ()
Bağla