AZ

İranın Culfa gömrüyü vasitəsilə Azərbaycana ixrac etdiyi məhsullar açıqlandı

Bakı. Trend:

Ötən İran ilində (21 mart 2023 -19 mart 2024) İranınşimal-qərbində yerləşən Şərqi Azərbaycan vilayətinin Culfa gömrüyüvasitəsilə qeyri-neft məhsul ixracı öncəki illə (21 mart 2022 -20mart 2023) müqayisədə dəyər baxımından 24%, çəki baxımından 42%artıb.

Trend-in məlumatına görə, bunu İranın Culfa gömrük idarəsininbaş direktoru Məhəmməd Xəlili deyib.

Onun sözlərinə görə, ötən İran ilində Culfa gömrüyü vasitəsilə189 milyon dollar dəyərində 324 min ton qeyri-neft məhsulu ixracolunub.

Xəlili bildirib ki, ötən il Culfa gömrüyü vasitəsilə, əsasən,çərəz, quru meyvə, neft məmulatları, boya və sairə ixrac edilib. Buməhsullar, əsasən, Türkiyə və Azərbaycana göndərilib.

Qeyd edək ki, İranın Gömrük Administrasiyasının statistikasınaəsasən, ötən İran ilində İranın qeyri-neft məhsul ixracı 49,3milyard dollar dəyərində 136 milyon tondan çox təşkil edib. İranınqeyri-neft məhsul ixracı öncəki illə müqayisədə dəyər baxımından8,87% azalıb, çəki baxımından 9,82% artıb.

Seçilən
62
1
Mənbələr
Şərh ()
Bağla