AZ

Musa Qurbanlı U-21 komandasında qol vurdu

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı İsveçin “Yurqorden” klubunda U-21 komandasına göndərilib.

Msport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı hücumçu Elit Liqanın Kubokunda “Norççepinq”lə matçda (1:1) fərqlənib.

Bütün 90 dəqiqəni meydanda olan forvard 52-ci dəqiqədə penaltidən komandasının yeganə qoluna imza atıb.

Xatırladaq ki, aprelin 14-də “Yurqorden”in əsas komandası İsveç çempionatının 3-cü turunda “Sirius”la qarşılaşıb və 2:0 hesabı ilə qələbə qazanıb. Musanın adı bu oyunun iştirakçıları sırasına daxil edilməyib. “Yurqorden”in baş məşqçisi Tomas Lagerlöf bunu komandadakı rəqabətlə əlaqələndirib.

Seçilən
79
Mənbələr
Şərh ()
Bağla