AZ

Joao Palinya həmyerlisinə söz atdı: “Bu, onun üçün adi haldır”

“Fulhem”in yarımmüdafiəçisi Joao Palinya “Mançester Yunayted”in yarımmüdafiəçisi və həmyerlisi Bruno Fernandes haqda danışıb.

Arena.az Palinyanın Fernandes fikirlərini təqdim edir:

“Noyabrda “Mançester Yunayted”lə necə oynadığımızı xatırlayıram. Onda sarı vərəqə almışdım. Mən ona toxunmadım, o, sadəcə qışqırdı. Bu, onun üçün adi haldır! (gülür)

Növbəti oyunda o, mənə badalaq gəldi. Bu, qayda pozuntusu deyildi, amma mən də qışqırdım, çünki onun etdiyi belə idi. Hakim kobudluğu qeydə aldı, amma ona sarı vərəqə göstərmədi. Brunoya gülümsədim. Biz dostuq, odur ki, hər şey qaydasındadır.

Portuqaliya yığmasının oyunçularının meydandan kənarda da yaxşı münasibətləri var. Biz əlaqə saxlayırıq və həmişə oyunlardan sonra paltardəyişmə otaqlarında danışırıq”, deyə Palinya bildirib.

Palinya həmyerlisi Ruben Amorimin “Liverpul”un yeni baş məşqçisi təyin ediləcəyi ilə bağlı yayılan şayiələri də cavablayıb:

“Əgər o, “Liverpul”a rəhbərliyi ələ alarsa, azarkeşlərin onu mütləq bəyənəcəyinə şübhəm yoxdur. İnanıram ki, bu, Yurgen Klopu əvəz etmək üçün əla seçimdir, baxmayaraq ki, nə olacağını bilmirik”, deyə portuqal futbolçu bildirib.

Joao Palinya “Fulhem”ə 2022-ci ilin iyul ayında 21 milyon avro müqabilində Lissabon “Sportinq”indən gəlib. 28 yaşlı dayaq yarımmüdafiəçisi bu komandanın heyətində 74 oyuna çıxıb. O, bu oyunlarda 8 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Palinya daha öncə Portuqaliyada “Sportinq”, “Braqa”, “Moreyrense” və “Belenenseş” kimi komandaların formasını geyinib. O, 2021-ci ilin mart ayından formasını geyindiyi Portuqaliya yığmasında 25 matça çıxıb, 2 qol və 1 məhsuldar ötürmə müəllifi olub.

“Transfermarkt” internet-portalı Joao Palinyanın transfer dəyərini 55 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
42
Mənbələr
Şərh ()
Bağla