AZ

Rəşad Dağlı əfv olunur? – Hüquqşünas ŞƏRTİ AÇIQLADI

Qonşusunu qətlə yetirməkdə təqsirləndirilən meyxanaçı Rəşad Əmirovun (Dağlı) cinayət işi üzrə məhkəmə araşdırması ötən ilin iyul ayında başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda hökm oxunub.
 
Hökmə əsasən, Rəşad Dağlı qəsdən adam öldürməkdə və soyuq silah saxlamaqda təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
Rəşad Dağlı tək adi bir meyxanaçını deyil, şer xəzinəsinə əvəzsiz tövhələr verə biləcək çox qiymətli şair-qəzəlxanımızı idi. Vətəndaşların kifayət qədər sevgisini və dərin hörmətini qazanan söz ustadının azadlığa çıxmasını istəyən kifayət qədər insan var.
 
Yaxın vaxtlarda Azərbaycan Prezidentinin növbəti "əfv sərəncamını" verəcəyi gözlənilir. Prezident yanında Əfv Komissiyasının iclasları artıq başlasa da, əfv üçün müraciətlər davam edir.
 
Bəs, görəsən, "əfv sərəncamı" ötən il həbs olunan meyxanaçı Rəşad Dağlıya şamil oluna bilər?
 
Moderator.az xəbər verir ki, məsələ ilə bağlı danışan hüquqşünas Ramil Süleymanov Referans.az-a bildirib ki, cəzadan və cinayət məsuliyyətindən azad etməyin bir neçə forması var:
 
"Cəzadan və cinayət məsuliyyətindən azad etməyin əsas növləri amnistiya və əfvetmədir. Amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində, yəni kütləvi şəkildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Bunun nəticəsində cinayət törətmiş şəxslər, cinayət məsuliyyətindən azad oluna bilər, onların cəzalarının müddəti azaldıla bilər və ya daha yüngül cəza növü ilə əvəz oluna bilər, o cümlədən həmin şəxslərin üzərindən məhkumluqları götürülə bilər".
 
Hüquqşünas qeyd edir ki, "əfvetmə" birbaşa fərdi qaydada təyin olunmuş şəxslər barəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən verilən bir sənəddir.
 
Onun sözlərinə görə, cinayət törətməyə görə məhkum olunan şəxslər "əfv sərəncamı" ilə faktiki olaraq cəzalarından tam azad oluna bilərlər və ya həmin cəzaların bir hissəsi ləğv olunub, azaldıla bilər: "Ömürlük azadlıqdan məhrum edilmiş şəxslər var ki, bu şəxslərin də "əfv sərəncamı"na düşməsi mümkündür və onların cəzası 25 ildən çox olmayan müddətə əvəz oluna bilir. Eyni zamanda şəxslərin üzərindən məhkumluqları götürülür".
 
Ramil Süleymanov əlavə edib ki, meyxanaçı Rəşad Dağlı cəzasının təxminən 1 il və yaxud il yarımını çəkib, amma hazırki halda "əfv sərəncamı" ona şamil olunmayacaq, çünki hər hansı şəxsin əfv olunması üçün ona verilmiş cəzanın mütləq şəkildə yarsını çəkmiş olmalıdır. Cəzanın yarısı çəkildikdən sonra şəxsin özü və ya yaxın qohumları tərəfindən müvafiq qaydada ərizə ilə Əfv Komissiyasına müraciət olunmaqla şəxsin əfv olunmasına nail olmaq mümkündür.
 
Seçilən
42
24
Mənbələr
Şərh ()
Bağla