AZ

İran 4 ölkəni hədələdi: İsrailə dəstəyi dayandırın

İran Baş Qərargahının sözçüsü general-mayor Əbülfəzl Şikarçi ABŞ, İngiltərə, Fransa və Almaniyanı İsrailə dəstəyi dayandırmağa çağırıb.

Bakupost.az xarici KİV-ə istinadla xəbər verir ki, o, bu ölkələrin və ya İsrailin istənilən hücumuna sərt cavab verəcəklərini bildirib. Ə.Şikarçi bununla bağlı yazılı açıqlama verib.

“Siz çox yaxşı bilirsiniz ki, İran müharibə tərəfdarı deyil, lakin biz çarəsiz rejimə edilən dəstəyə görə həmin ölkəyə daha sərt şəkildə cavab verəcəyik. Bataqlığa qərq olmuş bir rejimi dəstəkləməməyi və özünüzü oda atmamağı tövsiyə edirik”, - deyə o, bildirib.

Vasif, BakuPost



Seçilən
53
1
Mənbələr
Şərh ()
Bağla