AZ

“Real”dan qorxmuruq” – Pep Qvardiola

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində sabah “Etihad” stadionunda “Real Madrid”ə qarşı keçirəcəkləri oyun barədə danışıb.

Fanat.Az xəbər verir ki, “Marca” ispaniyalı mütəxəssisin dediklərini belə çatdırıb:

“Real” çox hörmət etsək də, qorxmuruq. Onlar dəfələrlə olduğu kimi qələbə qazansalar, təbrik edəcək və uğurlar arzulayacağıq. Matça hazır olmalıyıq. Qarşılaşma başlamamış kimin necə oynayacağını bilmək olmaz. İlk görüşdəkindən daha yaxşı nəticəyə nail olmalıyıq. Həmin matçda “Real” yaxşı təsir bağışlamışdı. İndi biz vəziyyəti dəyişməliyik”.

Xatırladaq ki, tərəflərin Madriddəki oyunu 3:3 hesabı ilə başa çatıb.

Seçilən
48
Mənbələr
Şərh ()
Bağla