AZ

Azay Quliyev seçicilərinin məşğulluq problemi ilə bağlı görüş keçirib

Bu gün deputat Azay Quliyevin təşəbbüsü ilə “Binəqədi Gənclər Evi”ndə Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq Filialının İşsiz şəxslərlə iş şöbəsinin müdiri Elnur Məmmədovun iştirakı ilə iş axtaran seçicilərlə görüş keçirilib.

Musavat.com xəbər verir ki, görüşdə iştirak edən seçicilərin məşğulluqla bağlı müraciətləri fərdi qaydada araşdırılıb, onlara vakant iş yerləri ilə bağlı ətraflı məlumat verilib və bir sıra suallara aydınlıq gətirilib.

İşlə təmin etmək imkanlarını yerində araşdırmaq məqsədilə seçicilər Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialına dəvət olunublar.

Görüşdə seçicilərin məşğulluq probleminin həlli məqsədilə bu cür görüşlərin mütəmadi keçirilməsi qərara alınıb.

Seçilən
63
Mənbələr
Şərh ()
Bağla