AZ

Bakıda “VAZ” sürücüsü bahalı maşınla toqquşmamaq üçün ucuz maşını vurdu - REAL VİDEO

Paytaxtda yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polis İdarəsi məlumat yayıb.  Bildirilib ki, “VAZ” markalı avtomobilin sürücüsü maşını yüksək sürətlə idarə etdiyi üçün işıqforda idarəetməni itirib. Belə ki, qarşısında sola dönməyə çalışan "BMW-X6" markalı avtomaşını vurmamaq üçün sağa qəfil manevr edib. Lakin yüksək sürətə və düzgün ara məsafəsi seçmədiyinə görə maşını saxlaya bilməyib. Nəticədə sağda svetoforda dayanan "Mercedes" markalı avtomobillə toqquşub.

Sürücülər sükan arxasında son dərəcə məsuliyyətli olmalı, qaydalara və sürət həddinə əməl etməlidir. Sözügedən hadisədə bu iki faktorun necə mühum rola malik olduğu aydın görünür.

 

Məhəbbət Tərlanoğlu

Seçilən
69
Mənbələr
Şərh ()
Bağla