AZ

61 yaşlı məşhur aktyor Conni Depp imicini tam dəyişib - FOTO

61 yaşlı məşhur kino aktyoru Conni Depp imicini köklü şəkildə dəyişib. 

Azpost.info bildirir ki, bu barədə Daily Mail yazır.

Bu ilin əvvəlində aktyor daha çox bohema üsluba üstünlük verib. Fevral ayında Turində rəssam Modiliani haqqında çəkdiyi yeni “Modi” filminin çəkilişləri zamanı Depp başında Çe Gevaranı xatırladan beret və kamuflyaj gödəkçə geyinmişdi, saçları çiyinlərinə qədər tökülürdü.

Bu günlərdə Depp  Londonda “Jeanne DuBarry” filminin premyerasına gəlib. Deppin çox arıqladığı açıq-aydın görünür. O, dar Dior kostyumu geyinib və saçlarını qısa kəsdirib.

İyun ayında 61 yaşı tamam olacaq Hollivud ulduzu Londonda yaşayır.

Seçilən
101
Mənbələr
Şərh ()
Bağla