AZ

“Axmat”ın komandiri Müdafiə Nazirliyində yeni vəzifəyə təyin edilib

...Rusiya prezidenti Vladimir Putin “Axmat” xüsusi təyinatlı qüvvələrinin komandanı, general-mayor Apti Alaudinovun Müdafiə Nazirliyinin Hərbi-Siyasi İşlər üzrə Baş İdarəsinin rəis müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov Telegram kanalında yazıb.

Bununla əlaqədar Alaudinov əvvəllər Rusiya Federasiyası Silahlı Qüvvələrinin 2-ci Ordu Korpusunun komandirinin müavini vəzifəsindən azad edilib

Xatırladaq ki, Rusiya Silahlı Qüvvələrinin Baş hərbi-siyasi idarəsi 2018-ci ildə yaradılıb. 2022-ci ilin iyun ayından ona general-polkovnik Viktor Qoremikin rəhbərlik edir.

Nazlı

Seçilən
83
Mənbələr
Şərh ()
Bağla