AZ

"Vaqif Cavadova irad bildirdim ki, sən futbolçuların işinə qarışma"

Əvəzedici Liqanın 29-cu turu qalmaqalla yadda qaldı.

Söhbət "Neftçi 2" - "Sumqayıt-2" qarşılaşmasında yaşananlardan gedir.

Matçın 90+5-ci dəqiqəsində meydan sahiblərinin forvardı Ağadadaş Salyanskinin rəqib komandanın ehtiyat skamiyasına yönələn qeyri-etik hərəkəti skandala səbəb olub.

Davamında "ağ qaralar"ın çalışdırıcısı Rəşad Abdullayevlə "kimyaçılar"ın baş məşqçisi Vaqif Cavadov da mübahisə etməli olub.

Ötənlərin tanınan futbolçularını yalnız yetirmələri araya girərək sakitləşdirə bilib.

Amma qarşılaşmadan sonra veteran futbolçular hislərinə hakim olmağı bacarıblar. Bu barədə saytımıza açıqlamasında "Neftçi-2"nin çalışdırıcısı Rəşad Abdullayev deyib:

"Düzdü, Vaqiflə aramda gərginlik yaşandı. Biz bir yerdə futbol da oynamışıq. Münasibətimiz var.

Sadəcə orada irad bildirdim ki, Vaqif, sən futbolçuların işinə qarışma. Özləri aralarında məsələni həll etsinlər. Bu futboldur. Sonda da hər şey meydanda qalır. Məşqçi qarışa bilməz. Mən də heç vaxt rəqib oyunçuya nəsə deməmişəm. Bunu doğru hesab etmirəm.Aramızdakı söhbətimiz yalnız bu olub.

Oyundan sonra kənarda bir xeyli söhbət etdik. Oyunçuma imkan vermərəm ki, hansısa məşqçiyə qarşı jest eləsin".

XANOĞLAN / SPORTİNFO.AZ

Seçilən
111
Mənbələr
Şərh ()
Bağla