AZ

Melkonyan: “Hökumət “erməni soyqırımı” səhifəsini tamamilə silmək istəyir”

“Ermənistan hökumətinin dediyi kimi, “erməni soyqırımı”nın 1,5 milyon günahsız qurbanının adlarını tapmaq və tamamlamaq mümkün deyil“.

KONKRET.az xəbər verir ki, bunu Ermənistan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Aşot Melkonyan bildirib.

Onun sözlərinə görə, “1915-ci il aprelin 24-25-də həbs edilən ziyalıların sayını öyrənmək belə çətindir. Düşünürəm ki, bu, qeyri-mümkün bir şeydir, ola bilsin ki, bu, həm də kənardan diqtə olunur”.

Tarixçi deputat Andranik Koçaryanın bəyanatına da münasibət bildirib: “Əgər yəhudilər Holokost qurbanlarının adlarını tam dəqiqləşdirə bildilərsə, Ermənistan niyə bilmir?! Mənə elə gəlir ki, hökumət “erməni soyqırımı” ilə bağlı səhifəni tariximizdən tamamilə silmək istəyir. Əgər biz bir millətiksə və milli faciəmizi unutmalıyıqsa, bu, yeni faciə deməkdir. Məncə, erməni xalqı buna imkan verməyəcək. Bu, ən həssas məsələdir, insanlar milli faciəmizə əl qaldırmağa cəsarət etməməlidirlər, bu, mümkünsüz bir şeydir”, – deyə Aşot Melkonyan fikrini yekunlaşdırıb.

Natiq Səlim,

KONKRET.az

Seçilən
132
Mənbələr
Şərh ()
Bağla