AZ

Tatarıstanda yeniyetmələri Ukraynaya qarşı silah buraxan hərbi zavodlarda işləməyə cəlb etmək istəyirlər…-RƏZALƏT

Tatarıstan hakimiyyəti 14 yaşından yuxarı yeniyetmə və gəncləri müdafiə müəssisələrinə işə cəlb etməyi planlaşdırır. 
 
Moderator.az  “Azadlıq” radiosunun  qazax bürosuna (“Azattık”)  istinadla xəbər verir ki, bu barədə “Kommersant” nəşri gənclərin məşğulluğunun təşviqi üzrə yeni regional proqrama istinadla yazır.
 
Sənəd layihəsi regional hökumət tərəfindən hazırlanıb. Hakimiyyət 14-18 yaş arası yeniyetmələrin məşğulluğunu sadələşdirməyi və onlara məktəbdən asudə vaxtlarında fabriklərdə işləməyə icazə verməyi təklif edir.
 
Proqramı hazırlayanların fikrincə, Tatarıstanda 1990-cı illərdə doğum səviyyəsinin aşağı düşməsi və hazırda gənclərin işləmək əvəzinə peşə məktəblərində və universitetlərdə təhsil almağa üstünlük verməsi səbəbindən gənc işçi çatışmazlığı yaşanır.
 
“Yeni təşəbbüs təsdiqlənərsə, 15-29 yaşlı gənclər arasında işsizlik 7%-ə düşəcək", - deyə sənəd müəllifləri hazırkı işsizliyin səviyyəsini göstərmədən bildirirlər.
 
Ötən yay “Protokol” nəşrlərinin və “RZVRT” “YouTube” kanalının jurnalistləri Tatarıstanın Yelabuqa şəhərindəki kollec tələbələrinin xüsusi iqtisadi zonadakı zavodda İran “Şahed” pilotsuz təyyarələrini yığmaq üçün işə götürüldüyünü bildirmişdilər. Təhqiqat bildirib ki, işçilərin çoxu azyaşlıdır…
 
S.Laçın
 
Seçilən
104
Mənbələr
Şərh ()
Bağla