AZ

“Qarabağ”da özümü rahat hiss edirəm”

“Qarabağ”ın qapıçısı Andrey Lunyov danışmaqdan yorulmur. O, Rusiya mətbuatına növbəti dəfə maraqlı fikirlər səsləndirib.

Futbolinfo.az xəbər verir ki, rusiyalı qolkiper ötən ilin yayında Azərbaycan çempionunu seçmə səbəbini açıqlayıb.

32 yaşlı oyunçu bunu Avropada çıxış etmək arzusu ilə əlaqələndirib: “Qarabağ”da özümü rahat hiss edirəm. Ötən il seçim imkanım az idi. Rusiyadan variantlar var idi. Ancaq mən Avropada qalmaq istəyirdim və “Qarabağ”ın təklifini müsbət cavablandırdım”.

Qeyd edək ki, Andrey Lunyovun “Qarabağ”la müqavilə müddəti mövsümün sonuna qədərdir.

Seçilən
121
Mənbələr
Şərh ()
Bağla