AZ

Rusiyada seçkilərlə bağlı 21 cinayət işi açılıb

Rusiya Federasiyasında keçirilən prezident seçkilərinin rəsmi nəticələrinə əsasən, seçki komissiyalarının işinə maneçilik törədilməsi ilə bağlı 21 cinayət işi açılıb.

 

Modern.az "Kommersant"a istinadən xəbər verir ki, bunu Rusiya Mərkəzi Seçki Komissiyasının rəhbəri Ella Pamfilova bildirib.

 

O, prezident seçkilərində mümkün pozuntularla bağlı MSK-ya daxil olan 459 müraciətdən "yalnız 12-nin" öz təsdiqini tapdığını bəyan edib.

 

Qeyd edək ki, Rusiyada 15-17 mart tarixlərində prezident seçkiləri keçirilib.

Seçilən
68
Mənbələr
Şərh ()
Bağla