AZ

Çin artımın ənənəvi təkanverici qüvvəsindən uzaqlaşır - BVF

Vaşinqton. Trend:

Çin artımın ənənəvi təkanverici qüvvəsindən uzaqlaşır.

Trend xəbərverir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (BVF) maliyyəmüşaviri və Pul-Kredit Sistemləri və Kapital BazarlarıDepartamentinin direktoru Tobias Adrian BVF-in Vaşinqtondakeçirilən yaz iclasları çərçivəsində qlobal maliyyə sabitliyihesabatı üzrə brifinqdə deyib.

"Çində ötən il ümumdaxili məhsul (ÜDM) göstəricisi gözləntiləriötdü. Bütün il ərzində ÜDM 5 faizi ötüb. Beləliklə, ümumi artımsürəti çox yüksək olaraq qalır. Daşınmaz əmlak bazarınainvestisiyalar uzun illər ərzində Çin üçün artımın təkanvericiqüvvəsi olub. Hazırda xüsusən yeni mənzil tikintisində kəskinazalmanı nəzərə alsaq, daşınmaz əmlaka investisiyalardanəzərəçarpan dərəcədə ləngimə müşahidə olunur. Bunu hakimiyyətinçox fokuslandığı artım modeli nöqteyi-nəzərindən, şübhəsiz, keçiddövrü hesab etmək olar", - deyə o bildirib.

Adrianın sözlərinə görə, ikinci aspekt Çində mənzil qiymətləriilə bağlıdır.

"Mənzil qiymətlərində ucuzlaşma müşahidə edirik, bu gün mənzilqiymətləri yetərincə orta səviyyədədir. Bu isə, şübhəsiz, maliyyəsabitliyi baxımından güclü tərəfdir. Mənzillərə investisiyalarəksər ev təsərrüfatları üçün ən böyük aktivdir. Əlbəttə, banklarmənzil bazarına təsirə malikdir. Mənzil qiymətləri ucuzlaşsa da, buolduqca kəskin baş verdi.

Maliyyə sektorunun sabitliyi baxımından regional səviyyədəmənzil bazarlarının qeyro-həmcinsliyini nəzərə almaq çoax vacibdir.Bir sıra iri şəhərlər mənzil tikintisi nöqteyi-nəzərindən yaxşınəticələr göstərməyə davam edir, digər vilayətlərdə isəgöstəricilər bir qədər zəifdir.

Biz, həmçinin, bankçılıq sektorunda bu regionalqeyri-bərabərliyi görürük, bu səbəbdən nisbətən kiçik bankların vədaha zəif vilayətlərin bəziləri daha inkişaf etmiş vilayətlərdəkibanklardan belə deyək, daha çox əziyyət çəkir", - o deyib.

Qeyd edək ki, aprelin 15-də Vaşinqtonda Beynəlxalq ValyutaFondunun (BVF) və Dünya Bankı Qrupunun (DBQ) Yaz İclasları öz işinəbaşlayıb.

Nazirlər səviyyəsində əsas görüşlər və tədbirlər 17-19 apreltarixlərində, digər görüşlər isə 15-20 aprel tarixlərindəkeçiriləcək.

BVF-in İnkişaf Komitəsi və Beynəlxalq Valyuta-MaliyyəKomitəsinin iclasları əsas tədbirlərdən biri olacaq. Burada DBQ vəBVF-in fəaliyyəti müzakirə olunacaq.

BVF-in yaz iclaslarında mərkəzi bankların rəhbərləri, maliyyə vəinkişaf nazirləri, parlamentarilər, özəl sektor və vətəndaşcəmiyyətinin, habelə elmi təşkilatların nümayəndələri bir arayagələrək qlobal narahatlıq doğuran problemləri, o cümlədən dünyaiqtisadiyyatı ilə bağlı məsələləri, yoxsulluğun aradan qaldırılmasıvə iqtisadi inkişafla bağlı mövzuları müzakirə edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
57
Mənbələr
Şərh ()
Bağla