AZ

Azərbaycan xaricə diri heyvan satışını 30% artırıb

Cari ilin birinci rübündə Azərbaycandan xarici ölkələrə 209 min ABŞ dolları dəyərində diri heyvan ixrac edib.

Valyuta.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 49 min ABŞ dolları, yaxud da 30,6% çoxdur. Ötən ilin birinci rübündə Azərbaycanın xarici ölkələrə satdığı diri heyvanların dəyəri 160 min ABŞ dolları olub.

Bu ilin yanvar-mart aylarında xaricdən gətirilən diri heyvanlara xərclənən məbləğ 12 milyon 906 min ABŞ dolları olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyon 16 min ABŞ dolları və ya 13,5% azdır. 

Qeyd edək ki, 2023-cü ilin birinci rübündə xaricdən alınan diri heyvanların dəyəri 14 milyon 922 min ABŞ dolları olub.

Əvəz Həsənov

Seçilən
37
50
Mənbələr
Şərh ()
Bağla