AZ

Dieqo Simeone “Atletiko”nun ÇL-i tərk etməsini şərh etdi

Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone ÇL-in 1/4 finalının cavab görüşündə Dortmund “Borussiyası” ilə oyunu şərh edib.

Arena.az məlumat verir ki, ilk oyunda Madriddə 2:1 hesabı ilə qalib gəlmiş “Atletiko” Dortmunda 2:4 hesabı ilə məğlub olaraq, Çempionlar Liqasını tərk edib.

“Komanda hər şeyin istədiyimiz kimi getmədiyi oyunda sona qədər qalib gəlməyə çalışdı. “Borussiya” hesabı bərabərləşdirməyimizə yaxşı qarşılıq verdi və onlar məhz cərimə meydançasında daha güclü olduqları üçün qalib gəldilər”, deyə Dieqo Simeone bildirib.

“Başlanğıcda onların bir məqamı vardı, bundan istifadə etdilər. Sonda isə əllərində olan bir neçə imkanı dərk etdilər. Hesab 2:2 olduqdan sonra onların hücumları qolla yekunlaşdı. Oyunçular rəqabət aparmaq üçün çox çalışdılar və biz də əlimizdən gələni etdik. Daha deyəcək bir şey yoxdur.

Ümumi hesabı bərabərləşdirə bildik, buna yaxın idik, amma onlar bizdən üstün idilər, komanda səni məğlub edəndə isə onları təbrik etmək lazımdır”, – UEFA-nın rəsmi saytı argentinalı mütəxəssisdən sitat gətirir.

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla