AZ

"ABŞ Hərbi Dəniz Qüvvələri Çindən geri qalır" - Amerikalı senator

Çin Xalq Qurtuluş Ordusu Dəniz Qüvvələri ABŞ Hərbi Dəniz Qüvvələrindən üstündür və eyni vəziyyət tezliklə hava qüvvələri və kosmik sektorlarda da yarana bilər.

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin sədri Mayk Rocers (Respublikaçı, Alabama ştatı) deyib.

“Biz kosmosda döyüşmək və qalib gəlmək üçün tələb olunan sürətlə əks-kosmik imkanlar yaratmırıq. Bu problemdir. Çin modernləşmə sürətini azaltmır.  Dəniz gücü baxımından onlar artıq bizdən öndədirlər. Tezliklə onların daha böyük hava qüvvələri olacaq. Bundan əlavə, Çin kosmik imkanlarını sürətlə genişləndirir”, - deyə senator bildirib.

Turan İSMAYIL

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla