AZ

"PAŞA Kapital” 35 milyon dollarlıq istiqraz emissiyasını uğurla həyata keçirdi

Bakı. Trend:

Kapital Bank-ın ümumi dəyəri 35 000 000 (otuz beş milyon) ABŞdolları olan AZ2008005152 qeydiyyat nömrəli Bakı Fond Birjasındapremium bazar seqmentində listinqdə saxlanılan və yüksək gəlirliliktəklif edən istiqrazlarının yerləşdirilməsi 17 aprel 2024-cü iltarixində başa çatıb.

“Bakı Fond Birjası” QSC-nin ticarət platformasında həyatakeçirilmiş yerləşdirmədə hərrac zamanı 9 hüquqi və 95 fizikiolmaqla, 104 investor tərəfindən qiyməti 100 (7%) ABŞ dolları olan104 sifariş təqdim edilib. Sifarişlərin ümumi məbləği 35 000 000ABŞ dolları təşkil etmişdir.

104 investorun iştirak etdiyi yerləşdirmədə, hüquqi şəxslərtərəfindən verilmiş sifarişlərin həcmi 6,352,300.00 ABŞ dolları(18,2 %), fiziki şəxslər tərəfindən verilmiş sifarişlərin həcmi isə28,647,700.00 ABŞ dolları (81,8 %) təşkil etmişdir. Xüsusi olaraqvurğulamaq istərdik ki, fiziki şəxslər tərəfindən təqdim edilmişsifarişlərin həcmi son iki il ilə müqayisədə cari ilin emissiyahəcmi nisbətinə əsasən rekord nəticə hesab olunur. Ən yüksəkmarağın fərdi investorlar arasında olması, qiymətli kağızlara olaninvestisiya əməliyyatında pozitiv bir dinamikaya, artan inkişafpotensialına və bir neçə müsbət təsirlərə səbəb olmuşdur.

İstiqrazların nominal dəyəri 100 ABŞ dolları, illik faizdərəcəsi 7%, faiz ödəniş dövrü hər 90 gündən bir, tədavül müddətiisə 7 il təşkil edir. Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti”QSC-dir.

Yüksək gəlirlilik təklif edən Kapital Bank istiqrazları bankaməxsus kütləvi təklif olunan ilk subordinasiya istiqrazlarıdır.Aktivlərin davamlı böyüməsini dəstəkləməyə, adekvatlıq əmsalınıyüksək həddə saxlamağa və ümumilikdə uzunmüddətli stratejihədəflərə çatmağa xidmət edən subordinasiya istiqrazlarıvətəndaşlar üçün etibarlı və güvənilir investisiya olmaqla yanaşı,yerli kapital bazarının inkişafına da mühüm töhfədir. Uğurluyerləşdirmənin davamı olaraq Kapital Bank və PAŞA KapitalAzərbaycan kapital bazarında aktiv şəkildə iştirak etməyi vəinvestorlara yeni investisiya məhsulları təklif etməyihədəfləyir.

On ildən artıqdır ki, Bakı Fond Birjasının üzvü kimifəaliyyətini uğurla davam etdirən PAŞA Kapital PAŞA Holding-ədaxildir və yerli, eləcə də beynəlxalq investorlar daxil olmaqla,fərdi və korporativ müştərilərə investisiya xidmətləri göstərir.Həmçinin qeyd edək ki, brokerlik, portfelin idarə edilməsi,anderraytinq, maliyyə məsləhətləri və tədqiqat, eləcə də marjaticarəti sahəsində öz xidmətlərini təklif edir. Belə ki, "PAŞAKapital İnvestisiya Şirkəti” QSC, gələcək illər üçün də investisiyaxidmətlərinin daha geniş investor kütləsi üçün əlçatan olmasınıəsas prioritet istiqamət olaraq müəyyənləşdirmişdir.

Əlaqə və xidmətlər haqqında məlumat üçün: https://www.pashacapital.az/

Hesab açılışı ilə bağlı isə aşağıdakı keçidlərdən istifadə edəbilərsiniz:

Broker hesabı açılışı üçün: https://www.pashacapital.az/trading/broker-hesabi-ac

Marja ticarət hesabı açılışı üçün: https://www.pashacapital.az/fx/lp/real-hesab-ac

Məqalədə:
Seçilən
103
50
Mənbələr
Şərh ()
Bağla