AZ

“Neftçi”nin səs-küylü layihəsindən nə xəbər var?

“Neftçi” fevralda pilot çərçivədə nəzərdə tutulan “Top səndə” layihə ilə diqqət çəkməyi bacarmışdı.

Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində “Neftçi Arena”da keçirilən və 1:1 hesabı qeydə alınan “Neftçi” – “Sumqayıt” görüşündə bakılıların yeganə qoluna Filip Ozobiç imza atmışdı.

Təcrübəli futbolçunun rəqib qapısından keçirdiyi top oyundan sonra imzalanmış və stadiondakı fan mağazasında satışa çıxarılıb, 500 manata satılmışdı. Satışdan əldə olunan vəsait isə YAŞAT Fonduna ianə edilmişdi.

Premyer Liqanın 23-cü turunda baş tutan “Neftçi” – “Zirə” oyununda bakılıların 1:0 hesabı ilə qalib gəldiyi matçda yeganə qolu Ervin Koffi vurmuşdu. Ənənə pozulmamışdı. Səbəbkarın imzaladığı top fan şopda satışa çıxarılmışdı.

25-ci turda “Neftçi” – “Qarabağ” oyununda (1:4) meydan sahiblərinin qoluna Filip Ozobiç imzasını yazdırmışdı. Ancaq bu dəfə nə topu görən oldu, nə də meydanın kənarındakı plastmas qutunu.

Layihənin icrası cəmi iki oyunu əhatə etdi, əzəli rəqibə biabırçı hesablı yenilgidən sonra yoxa çıxdı.

Niyə? Hansı səbəbdən?

Məsələ ilə bağlı klubun mətbuat xidmətinə göndərdiyimiz sorğuya qısa cavab gəldi:

“Top səndə” pilot layihə idi. Biz onu bir neçə oyunda həyata keçirdik. Hələ ki, dayandırmışıq”.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
130
17
Mənbələr
Şərh ()
Bağla