AZ

Şimal Tacı bürcündə yeni ulduz alışması gözlənilir

Bakı. Trend:

ABŞ-nin Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin(NASA) verdiyi xəbərə görə, Yerdən təxminən 3000 işıq ilə məsafədə,Şimal Tacı bürcündə yerləşən T CrB ulduzu yaxın aylarda təkrar yeniulduz kimi alışacaq.

Trend xəbər verir ki, bubarədə Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı AstrofizikaRəsədxanası məlumat yayıb.

Alimlərin hesablamasına əsasən T CrB yeni ulduz kimi alışdığızaman onun parıltısı Yerdən adi gözlə görünəcək. Bu hadisənin2024-cü ilin sentyabr ayınadək baş verəcəyi gözlənilir. Yeni ulduzalışmasını adi gözlə görə bilmək çox nadir hadisədir və hər nəslinbu şansı olmur.

Yeni ulduzlar yeni doğulmuş ulduzlar deyil, əksinə, artıqhəyatlarının son mərhələsinə çatmış ulduzun son alışmalarıdır. Yeniulduzların sayının kifayət qədər olmasına baxmayaraq onlarınəksəriyyəti cəmi bir dəfə alışırlar. Əgər ulduz ikinci dəfə yeniulduz kimi alışırsa, o təkrar yeni ulduz adlanır. Onlarınmüşahidəsi isə həddindən çox nadir haldır. Astronomlara cəmi birneçə təkrar yeni ulduz məlumdur. Bu ulduzlar müəyyən periodla yeniulduz kimi alışır və bu müddət bir ildən milyon ilə kimi dəyişəbilər.

Şimal Tacı bürcünün T CrB ulduzu ömürlərinin son mərhələsinəçatmış ağ cırtdan və qırmızı nəhəngdən ibarət qoşa sistemdir.

Ağ cırtdanlar ömrünün son mərhələsində olan kiçik kütləliulduzlardır. Kütlələri Günəş kütləsi ətrafında olan bu ulduzlarınradiusları Günəşin radiusundan təxminən 100 dəfə kiçik olduğunagörə onlar çox böyük sıxlığa, yüksək temperatura və güclü cazibəqüvvəsinə malik olurlar. Nəticədə qırmızı nəhəng örtüyünü atdıqca,atılan maddə ağ cırtdan tərəfindən “tutulur” və bu proses ağcırtdanın kütləsi kritik kütləyə çatanadək davam edir. Günəşinmərkəzində gedən istilik-nüvə reaksiyaları ağ cırtdanların birbaşasəthində baş verir. Nəticədə səth temperaturu bir neçə milyondərəcəyə çatan ulduz yeni ulduz kimi alışır. Bu da öz növbəsindəçox böyük enerji ayrılması ilə müşaiyət olunur. Alışma zamansistemin ümumi parlaqlığı 1000, bəzən 100. 000 dəfəyə kimiartır.

T CrB ulduzunu xüsusi edən onun periodunun məlum və sabitolmasıdır. Ulduzun alışmaları 80 illik periodla təkrarlanır və sonalışma 1946-cı ildə qeyd olunub. Bu cür partlayışların təhlili qoşasistem ulduzları arasında alışmaya səbəb olan kütlə mübadiləsininmexanizmini daha yaxşı anlamağa kömək edir.

Hazırda T CrB-nin görünən ulduz ölçüsü +10m-dir. Təkrar yeniulduz kimi alışdıqdan sonra isə onun görünən ulduz ölçüsü +2molacaq ki, bu da qütb ulduzunun parlaqlığına yaxındır. Bu zamanulduz adi gözlə də yaxşı görünəcək. Ulduz öz parlaqlığının pikindəbir neçə gün qalacaq, ən yaxşı halda o, bu parlaqlıqda bir həftəətrafında qala biləcək. Sonra isə parlaqlığı zəifləyərək yenidənzəif obyektə çevriləcək. Adi halda ağ cırtdanlar o qədərkiçikdirlər ki, onları adi gözlə görmək mümkün deyil.

Seçilən
25
50
Mənbələr
Şərh ()
Bağla