AZ

"Təklifi qəbul edən vaxt soruşurdular ki, ora niyə gedirsən?"

Gürcüstan millisinin baş məşqçisi Villi Sanyol komandanın 2024-cü il Avropa çempionatında iştirakı ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, fransalı mütəxəssis "lelo.ge" portalına açıqlamasında bunları deyib:

"Avropa çempionatına vəsiqə qazanmaq təkcə futbola aid olan hadisə deyil. Bu, bir ölkənin mövcud olduğunu söyləməsinin bir yoludur.

Gürcüstan kiçik ölkədir. Bu qələbə ona görə vacibdir ki, insanlar Gürcüstan haqqında daha çox məlumat əldə edəcəklər.

Göz yaşlarını saxlaya bilməyən çox insan gördüm. Avropa çempionatına çıxmaq məşqçi kimi ən yaxşı nailiyyətimdir.

Üç il əvvəl təklifi qəbul edən vaxtı məndən soruşurdular ki, niyə ora gedirsən?

İndi deyə bilərəm ki, biz çox çalışdıq və nəyəsə nail olduq. Mən həm məşqçi, həm də insan kimi xoşbəxtəm və çox xoşbəxtəm".

Gürcüstan Almaniyada keçiriləcək final mərhələsində Çexiya, Türkiyə, Portuqaliya ilə birlikdə F qrupunda yer alıb.

Seçilən
95
Mənbələr
Şərh ()
Bağla